Salyanda mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər xəsarət alıb

Salyan rayonunda “QAZel” markalı mikroavtobusla “Mercedes markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi məlum olub.
Bunlar Salyan rayon sakinləri – 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri – 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey