Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək?
Koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınıb.
Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım var. Vətəndaşlar qaydalara riayət etməyəcəyi, tibbi maska taxmayacağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir. Bu haqda maraqlı olan bütün sualları TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev cavablandırıb.
O bildirib ki, iyuldakı kimi, yoluxma sayı artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər.