Son Dəqiqə! Hökumət 28-dən qüvvəyə minən məhdudiyyətləri açıqladı…

Gürcüstanda mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, Baş Nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası ölkədə mövcud nöqtə məhdudiyyətlərin sərtləşdirilməsinə və genişləndirilməsinə qərar verdi.

İdarələrarası Koordinasiya Şurasının qərarı ilə 28 Noyabr – 31 Yanvar daxil olmaqla ölkə daxilində məhdudiyyətlər tətbiq olunur.

28 noyabrdan 31 yanvaradək qüvvəyə minəcək məhdudiyyətlər aşağıdakılardır:

– 21:00-dan 05:00-dək avtomobil və ya piyada olaraq hərəkət, həmçinin bu müddət ərzində ictimai məkanlarda olmaq məhdudlaşdırılır. (Qeyd: qadağa 31 dekabr və 6 yanvar gecəsi istisna olmaqla, 28 noyabrdan 31 yanvaradək qüvvədə olacaq).

– Avtobus, mikroavtobus və qatarla şəhərlərarası sərnişdaşıma məhdudlaşdırılır. Məhdudiyyətlər minik avtomibilləri və taksilərə şamil edilmir.

– Restoranlar və qida obyektləri təmamilə sifariş sisteminə keçir.

– Fitnes mərkəzləri və üzgüçülük hovuzlarının fəaliyyəti məhdudlaşdırılır.

– İstənilər formalı konfrans, mədəni və əyləncə tədbirlərinin keçirilməsi məhdudlaşdırılır. Bu tədbirlər sadəcə onlayn formada keçirilə bilər.

-İdman, incəsənət və mədəni dərnəklər/studiyaların fəaliyyəti dayandırılır.

Böyük şəhərlərdə aşağıdakı məhdudiyyətlər olacaq:

– Tbilisi, Telavi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi şəhərdaxili ərazilərdə munisipal nəqliyyatın fəaliyyəti dayandırılır.

– Yuxarıda qeyd edilən şəhərlərdə ərzaq, əczaxanalar, heyvanlar üçün qida vasitələri, gigyenik məhsullar satılan mağazalar və qəzet satılan məntəqələrdən başqa, bütün ticarət obyektləri distant qaydaya keçir.

– Açıq və qapalı bazarlar fəaliyyətlərini dayandırır. Aqrar bazarlar isə açıq qalacaq.

– Məktəblər, peşə tədris mərkəzləri və ali təhsil mərkzələri (Tibbi təhsil proqramları istisna olmaqla) təmamilə distant qaydaya keçir.

– Özəl və ictimai uşaq bağçaları fəaliyyətlərini dayandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey