Qardabanidə gənc öz əmisini odlu silahla yaraladı…

Qardabani Bələdiyyəsinin Martğopi kəndində 24 yaşlı gənc öz əmisini odlu silahla yaralayıb.

Hadisə dünən gecə saatlarında baş verib.

Məlumata görə, sözügedən gənc, 65 yaşlarında olan əmisini ov tüfəngi ilə qarın nahiyəsindən ağır yaralayıb.

Şahidlər, gənclə əmisi arasında əvvəlcə şifahi qarşıdurma baş verdiyini daha sonra isə şifahi qarşıdurmanın fiziki qarşıdurmaya çevirildiyini və bu zaman odlu silahla gənc öz əmisini vurduğunu bildirirlər.

Yerli sakinlər gənc oğlanın, sərxoş vəziyyətdə olduğunu ehtimal edirlər.

Əraziyə çağırılan təcili tibbi yardım briqadası yaralı şəxsi “Klinik Rustavi”yə çatdırıb və hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, polis hazırda təqsiriləndirilən gənci saxlayıb və faktla bağlı ataşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey