Rusiyanın Krivoy Roqa endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 50-dən çox yaralı var
Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə endirdiyi raket hücumu nəticəsində azı 12 nəfər həlak olub, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə yerli idarə orqanlarının nümayəndələri məlumat yayıblar.
Verilən açıqlamalara əsasən, ölənlər arasında iki azyaşlının da olduğu bildirilir. Hücum nəticəsində ciddi dağıntılar meydana gəlib, xilasetmə işləri isə davam etdirilir.