İraqda zəvvarların olduğu avtobus partladıldı

İraqda zəvvarların olduğu avtobus partladılıb.

Bu barədə Al-Sumaria telekanalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hadisə ölkənin şimalında, Balad şəhəri yaxınlığında baş verib.

Minaya düşən avtobusun partlaması nəticəsində ölənlər və yaralananlar var. Onların sayı açıqlanmır.

İran mediası isə yazır ki, iranlı zəvvarların olduğu avtobus naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Açılan atəş nəticəsində on nəfərin yaralandığı bildirilir.

Qeyd olunur ki, zəvvarlar Məhəmməd ibn Hadinin məqbərəsini ziyarət etməyə gedirdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey