Avropa Su İdmanı Federasiyasının prezidenti Bakıya səfərinin səbəblərini açıqlayıb

Avropa Su İdmanı Federasiyasının prezidenti Antoniu Silva Bakıya səfəri zamanı jurnalistlərlə görüşərək səfərinin məqsədləri barədə danışıb. Bakı Su İdman Sarayında keçirilən görüşdə o, Azərbaycanda üzgüçülüyün inkişaf etdiyini vurğulayıb.

Silva bildirib ki, gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyevlə görüş keçirilib. Görüş zamanı üzgüçülüyün inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr müzakirə olunub. Həmçinin Avropa Su İdmanı Federasiyası ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Federasiya rəhbəri Azərbaycana ikinci dəfə səfər etdiyini xatırladaraq, ilk dəfə 2015-ci ildə, Avropa Oyunları zamanı Bakıda olduğunu bildirib. O, şəhərin o dövrdə də gözəlliyi ilə onu valeh etdiyini və illər ərzində daha da möhtəşəm hala gəldiyini qeyd edib. Bakıda olmaqdan böyük məmnuniyyət duyduğunu əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey