Gürcüstanın İspaniya, Sloveniya və Vatikanda yeni səfirləri təyin edilib
Gürcüstanın İspaniya, Sloveniya və Vatikan üçün yeni səfirləri təyin edilib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, Aleksandre Çkuaseli Gürcüstanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub. O, 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində və müxtəlif diplomatik nümayəndəliklərdə fəaliyyət göstərib. Bundan əvvəl Barselonada Gürcüstanın baş konsulu vəzifəsini icra edib.
Sloveniyaya səfir təyin edilən Konstantin Surquladze isə 1997-ci ildən diplomatik sahədə çalışır. O, Gürcüstanın Niderland və İtaliyadakı səfiri kimi fəaliyyət göstərib, eyni zamanda diaspor məsələləri üzrə dövlət naziri vəzifəsində çalışıb.
Vatikanla diplomatik münasibətləri təmsil edəcək Davit Mekvabişvili isə daha əvvəl Xarici İşlər Nazirliyində və Gürcüstanın Vatikandakı səfirliyində işləyib. Bununla yanaşı, o, AIP Cardinal Pio Lagi Fondunun direktoru kimi də fəaliyyət göstərib.