Fransada polislər nümayiş zamanı göstərdikləri zorakılığa görə məhkəməyə çağırılıblar
Fransada “Brav-M” adlı xüsusi polis dəstəsinin bir qrup üzvü, pensiya islahatına qarşı keçirilən etiraz aksiyasında nümayişçilərə qarşı göstərdikləri zorakılığa görə məhkəmə qarşısına çıxarılıb. İctimaiyyətə sızan 23 dəqiqəlik audioyazıda polis əməkdaşlarının etirazçılara qarşı hədə-qorxu gələrək onları təhqir etdikləri eşidilir.
Sözügedən hadisə 2023-cü il martın 20-də, Parisdə pensiya islahatına qarşı keçirilən nümayiş zamanı baş verib. Audioyazıda hüquq-mühafizə orqanlarının əməkdaşlarının saxlanılan şəxslər, o cümlədən iki tələbə—gənc qadın Salome və qrupda yeganə qaradərili olan Suleyman barədə təhqiramiz ifadələr işlətməsi əks olunub.
Bu hadisədən iki il sonra polis əməkdaşları məhkəməyə çıxarılıb.