Gürcüstan hökuməti Ukrayna vətənşları ilə bağlı yeni qərar qəbul edib
Gürcüstan hökuməti Ukrayna vətəndaşlarının ölkədə qalma qaydaları ilə bağlı yeni qərarlar qəbul edib. Qərara əsasən, Ukrayna vətəndaşları üçün vizasız qalma müddəti əvvəlki 3 ildən 1 ilə endirilib.
Yeni qaydalara görə, Ukrayna vətəndaşları Gürcüstana vizasız daxil ola və burada tam 1 il müddətində qala bilərlər. Bununla yanaşı, 2025-ci il fevralın 24-dək Gürcüstana daxil olmuş və hazırda ölkədə yaşayan Ukrayna vətəndaşlarının qalma müddəti 2026-cı il fevralın 24-dək uzadılıb.
Qeyd edək ki, 2024-cü ilin aprelində qəbul edilən qərarla bu müddət 3 ilə qədər artırılmışdı. Müharibədən əvvəl isə ukraynalılar Gürcüstanda vizasız maksimum 1 il qala bilirdilər.
Bundan əlavə, qəbul edilən digər qərara əsasən, Gürcüstana müharibə səbəbilə gəlmiş Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşamaq icazəsi olan ailələrə maliyyə yardımı ayrılacaq. Bu yardım çərçivəsində ailə başına 300 lari, hər bir fərd üçün isə 45 lari məbləğində vəsait veriləcək.