Salome Zurabişvili Putinlə görüşə hazır olduğunu açıqladı
“Moskva ilə birbaşa dialoqun tərəfdarıyam”.
Bu sözləri Prezident Salome Zurabişvili Rustavi-2-yə müsahibəsində deyib.
“Rusiya ilə birbaşa dialoqu dəstəkləyirəm. Ölkələrin iki seçimi var: müharibə və dialoq. Başqa yol tanımıram, əgər kimsə üçüncü yol bilirsə, desin. Ona görə də həmişə dialoqun tərəfdarı olmuşam və olacağam”, – deyə o bildirib.
Zurabişvili Rusiya ilə dialoqun nəticə verəcəyi halda Putinlə də görüşməyə hazır olduğunu, amma hələlik bu situasiyanı görmədiyini bildirib.