Son Dəqiqə! “Fövqəladə hal və komendant saatı davam etməyəcək” – Baş nazir
Hökumət, fövqəladə hal rejimi və komendant saatının davam etməməsi barəsində qərar qəbul edib.
Bu barədə baş nazir Giorgi Qaxaria, az öncə keçirdiyi brifinqdə bildirib.
“Bu gün, Gürcüstanda koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb. Stasionar nəzarətdə isə 224 nəfər müalicə alır. Əlbəttə ki, hamı yaxşı bilir bu qlobal panidemiyadan sonra, problemlər daha da çoxalır. Eyni zamanda, hər kəs yaxşı bilir ki, ölkəni asta-asta, rasional şəkildə, ancaq çox ehtiyyatlı, normal həyat qaydalarına qaytarmaq, bizim öhtəliyimizdir. Buna görə də, hökumət qərar qəbul etdi ki, fövqəladə hal rejimi və uyğun olaraq, komendant saatı davam etdirilməsin. Ancaq virus heç yerə getməyib və hamı anlamalıdır ki, bu mübarizə bizmlə bir yerdə olacaq, hansı ki, vaxtını dəqiq olaraq, heç kim deyə bilmir”, – deyə, Giorgi Qaxaria bildirib.
Xatırladaq ki, fövqəladə hal və komendant saatının ləğvi 23 may tarixindən etibarən qüvvəyə minəcək.