İctimai nəqliyyat bərpa olunacaq? – Baş nazir cavab verdi

“Bələdiyyələrdə ictimai nəqliyyatı hələ bərpa edə bilməyəcəyik. Aydındır ki, bu insanlarımız üçün çox ağrıdır və narahatçılıq yaradır”.

Bu sözləri baş nazir, Giorgi Qaxaria deyib.

O bildirib ki, hazırda ölkədə virusun mövcud olduğu bir zamanda, Bələdiyyə avtobusları virusun yayılmasına şərait yaradan əsas təhlükələrdən biri kimi hesab etmək olar.

Onun sözlərinə görə, əhalinin sıxıntıları başa düşüləndir, ancaq, görülən tədbirlər, virusun yayılmasının qarşısının alınmasına yönəlib.

Qeyd edək ki, hələlik, paytaxt Tbilisi də daxil olmaqla, Gürcüstanın heç bir bölgəsində ictimai nəqliyyat fəaliyyət göstərmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey