“TEKNOFEST Azərbaycan” festivalında aviaşou başladı

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində aviaşou başlayıb.

Hazırda Azərbaycan və Türkiyənin şahinləri Bakı səmasında qırıcı təyyarələr və helikopterlərlə müxtəlif manevrlər edirlər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəskəsən hava şousu təqdim edilir.

Milli şahinlərimiz qardaş Türkiyənin pilotları ilə yanaşı mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlir və tamaşaçıları riqqətə gətirirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey