ABŞ və Türkiyə liderləri Gürcüstanı “Müstəqillik Günü” münasibətilə təbrik ediblər

Amerika Birləşmiş Ştatların prezidenti Co Bayden və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanı “Müstəqillik Günü” münasibətilə təbrik ediblər.

Hər iki prezident təbrik məktubunu baş nazir İrakli Qaribaşviliyə ünvanlayıb.

Co Bayden təbrik məktubunda deyib: “Cənab Baş nazir! Sizi və gürcü xalqını 26 May Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Gürcü və Amerika xalqlarını müstəqil ruh və azadlığa birgə sadiqlik birləşdirir”, – deyə Bayden qeyd edib.
Rəcəb Tayyib Ərdoğan isə öz təbrikində deyib: “Gürcüstanın Müstəqillik Günü münasibətilə sizi və gürcü xalqını türk xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Mən səmimi qəlbdən inanıram ki, iki strateji müttəfiq: Türkiyə və Gürcüstan, indi olduğu kimi gələcəkdə də regionumuzun sülhə, sabitliyə və canlanmasına töhfə verməkdə davam edəcəklər”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey