Gürcüstanda azərbaycanlı ictimai xadim, Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru, Gürcüstanın əməkdar və şərəf ordenli jurnalisti İslam Əliyevin xatirəsi doğum günündə anılıb.
Gürcüstanda azərbaycanlı ictimai xadim,
Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru, Gürcüstanın əməkdar və şərəf ordenli jurnalisti İslam Əliyevin xatirəsi doğum günündə anılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev , səfirlik əməkdaşları ictimai xadimin Marneulinin Keşəli kənd qəbirsanlığında yerləşən məzarını ziyarət ediblər.
Ziyarətdə Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, , Azərbaycam Televiziyasının Gürcüstandakı xüsusi müxbiri Şahismayıl Şəmmədoğlu və eləcə də qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan mediasının nümayəndələri də iştirak ediblər.
İslam Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub və dualar oxunub.
Səfir Faiq Quliyev İslam Əliyevlə bağlı xatirələrindən danışıb , onun Gürcüstanın görkəmli azərbaycanlı ictimai xadimi olduğunu qeyd edib . Səfirin sözlərinə görə, o, fəaliyyəti ilə Gürcüstanın ictimai həyatında böyük və örnək olacaq iz buraxıb, onun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
AZTV- nin xüsusi müxbiri Şahismayıl Şəmmədoğlu mərhumu anaraq, onunla olan möhkəm dostluğundan danışıb . O, öz çıxışında , İslam Əliyevin sadiq dost, gözəl ailə başçısı, vətənpərvər insan, xalqını millətini sevən , hər zaman xalqının yanında olan, azərbaycanlı türkcəliyi hər şeydən öndə sayan bir ziyali olduğunu vurğulayıb
Mərhumun yaxınları və KİV təmsilçiləri İslam Əliyevin xatirəsinə göstərilən ehtirama görə Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İslam Əliyev 2019-cu ilin dekabrında ağır xəstəlikdən vəfat edib. Bu gün onun anadan olmasından 75 il ötür.
Şahismayıl Şəmmədoğlu
Azərbaycan Televiziyasının Gürcüstan bürosunun xüsusi müxbiri