Baş nazir məktəblərin açılması ilə bağlı yayılan məlumatlara açıqlama verdi

“Bu gün ölkəmizdə 38 nəfər virusa yoluxub, lakin təhsil prosesinin təxirə salınması barədə heç bir söz-söhbət yoxdur”.

Bu sözləri Baş Nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında deyib.

Hökumət başçısının sözlərinə görə, məktəblərdə tədris prosesi sentyabrın 15-dən başlamalı və bunun üçün Təhsil və Səhiyyə nazirlikləri tam səfərbər edilməlidir:

“Söhbət məktəblərdə tədris prosesinin sentyabrın 15-də başlamalı olduğundan gedir. Təhsil və Səhiyyə nazirlikləri bunun üçün tam səfərbər olunmalıdır. Uşaqlarımızın təhsil prosesi üçün heç bir riskin olmamasını təmin etmək üçün buradakı məsuliyyətimiz çox yüksəkdir. Bunun üçün təhsil müəssisələrində müvafiq tədbirlərə ciddi şəkildə riayət etmək lazımdır”, – deyə Qaxaria qeyd edib.

Xatırladaq ki, Gürcüstanda son 24 saat ərzində koronavirusa 38 nəfər yoluxub buda vətəndaşlar arasında təşvişə səbəb olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey