Dmanisidə zəlzələ baş verdi…
Gecə saatlarında Gürcüstanda zəlzələ baş verib.
Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin verdiyi məlumata əsasən, yeraltı təkanlar Tbilisi vaxtlı ilə saat 02:26 radələrində qeydə alınıb.
Zəlzələnin episentri Dmanisi yaxınlığı olduğu bildirilir.
Yeraltı təkanın gücü 3,5 maqnitudada qeydə alınıb.