Gürcüstanda peyvəndlənmənin ilk mərhələsinə start verildi

Bu gündən ölkəmizdə koronavirusa qarşı vaksinasiyanın ilk mərhələsi başlayıb.

Bu mərhələdə peyvənd yalnız tibb işçilərinə könüllülük əsasında vurulacaq.

Peyvəndləmə Tbilisi və ölkə üzrə 29 regional tibb müəssisəsində başlayıb. Martın 17-dən 35, martın 19-dan isə 23 tibb məntəqəsi prosesə qoşulacaq.

İlk mərhələnin iki həftə ərzində başa çatdırılacağı nəzərdə tutulub. Tibb işçilərindən sonra növbəti mərhələdə qocalar evlərinin sakinləri və işçiləri peyvənd olunacaqlar. Üçüncü mərhələdə isə 75 yaşdan yuxarı şəxslər vaksinasiyadan keçəcəklər.

Qeyd edək ki, ölkəyə martın 13-də 43 200 dozadan ibarət “AstraZeneca” vaksini gətirilib. Növbəti partiyanın ölkəyə aprelin ikinci yarısında çatdırılacağı gözlənilir. Martın 22-dən sonra isə ölkənin 14 500 doza “Pfizer” peyvəndi tədarük edəcəyi gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey