Gürcüstanın Samtredia neft bazasında yanğın baş verib

Gürcüstanın Naçxatauri rayonundakı Samtredia neft bazasında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yanğın çənlərə yanacaq dolduran zaman baş verib. Hazırda 14 xilasedici və 100-ə yaxın yanğınsöndürən alovun qarşısını almağa çalışır.
Dağıntı və tələfat barədə məlumat verilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey