Son Dəqiqə! Gürcüstana koronavirus peyvəndinin ilk partiyası daxil oldu
Bu gün səhər saatlarında “Astrazeneka” koronavirus peyvəndinin ilk partiyası ölkəmizə gətirilib.
Səhiyyə Naziri Ekaterine Tikaradze peyvəndin Gürcüstanda tətbiqi ilə əlaqədar saat 10:30-da, Milli Xəstəliklərə Nəzarət Mərkəzində mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, Səhiyyə naziri Ekaterine Tikaradze bir neçə gün əvvəl keçirdiyi brifinqdə, peyvəndlərin ölkəyə mərhələli şəkildə gətiriləcəyini açıqlamışdır.