Putin, Əliyev və Paşinyan iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını müzakirə ediblər
Ötən gün Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında video görüş baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, danışıqlarda Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmaların tətbiqinin praktik tərəfləri müzakirə edilib.
Görüşdə atəşkəs rejiminin ciddi şəkildə yerinə yetirildiyi və bölgədəki vəziyyətin ümumiyyətlə sabit və sakit olduğu məmnuniyyətlə qeyd edilib. İlham Əliyev və Nikol Paşinyan Rusiya sülhməramlı kontingentinin effektiv fəaliyyətini yüksək qiymətləndiriblər.
Tərəflər Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələsinə də toxunublar. Tərəflər işçi qrupunun işini müsbət qiymətləndiriblər. Görüşdə, həmçinin Rusiya-Azərbaycan və Rusiya-Ermənistan əməkdaşlığının inkişaf məsələləri barədə də fikir mübadiləsi aparılıb.