İlham Əliyevin Gürcüstana səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərə gəlib.

Bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Prezidenti Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev qarşılayıb.

Məlumata əsasən, səfər çərçivəsində İrakli Qaribaşvili ilə İlham Əliyev arasında təkbətək görüş planlaşdırılır, bundan sonra Gürcüstanın baş naziri və Azərbaycan Respublikasının Prezidenti birgə bəyanatla çıxış edəcəklər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey