Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb
Avropa İttifaqının Humanitar Yardım və Böhranların İdarə Edilməsi üzrə Komissiyası Suriyaya tətbiq edilən sanksiyaların mərhələli şəkildə yumşaldılması barədə qərar qəbul etdiyini açıqlayıb.
Ərəb mediasına istinadən Dalgatv xəbər verir ki, Komissiya Suriyanın bərpa prosesində iştirak etməyə hazır olduğunu bəyan edib.
Bununla yanaşı, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Brüsseldə keçirilən donorlar konfransında çıxış edərək bildirib ki, suriyalılar istər ölkə xaricində olsunlar, istərsə də öz evlərinə qayıtsınlar, daha çox dəstəyə ehtiyac duyurlar. Buna görə də, Avropa İttifaqı Suriyada və regionda yaşayan suriyalılara göstərilən dəstək öhdəliklərini 2025 və 2026-cı illər üçün təxminən 2,5 milyard avroya yüksəldir.