Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanır

Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində dekabrın 18-dən etibarən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanır.

Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Respublikasının Baş nazirinin müavini Mger Qriqoryan arasında keçirilmiş görüş zamanı əldə olunub.

Razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal olunan Aİ-95 markalı benzin məhsulunun 22 vaqondan ibarət ilk partiyası bu gün Ermənistana göndəriləcək. Bildirilir ki, ixrac kommersiya xarakteri daşıyır və məhsul beynəlxalq bazar qiymətləri əsasında satılacaq.

Azərbaycan mətbuatının məlumatına görə, bu addım sülh prosesinin tərkib hissəsi kimi regional iqtisadi əməkdaşlığın inkişafına töhfə verməyi hədəfləyir.

Qeyd olunur ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarına əsasən, Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə daşınması üzrə ilk partiya üçün tranzit xərcləri tutulmayacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey