Gürcüstanın yeni səhiyyə naziri məlum olub

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri vəzifəsinə təyinat olub.

Bu vəzifə Saçxere klinikasının direktoru Yekaterina Tikaradzeyə həvalə edilib.

Qeyd edək ki, Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə Davit Sergeenko bu gün vəzifəsindən istefa verib. O, 2012-ci ilin oktyabrından bu vəzifəni tutub.

D.Sergeenko Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin müşaviri təyin olunub.

Xatırladaq ki, Y.Tikaradze 2015-ci ilin sentyabrından Saçxere klinikasının direktoru olub. O, 2009-cu ildə xəstəxanaya konsultant kimi dəvət olunub. Y.Tiakaradze Avstriyanın Donau-Universität Krems ali məktəbinin məzunudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey