Güclü külək və yağış Gürcüstanda fəsadlar törədib

Gürcüstanın Qurcaani rayonunda güclü külək və yağış bir sıra problemlər yaradıb.

Ötən gecə rayonda müşahidə olunan qasırğalı külək rayonun Kalauri və Şaşiani kəndlərində məktəb və yaşayış binalarının dam örtüklərini uçurub.

Vazisubani kəndində irigövdəli ağacların yola aşması nəticəsində mərkəzi yolda avtomobillərin hərəkəti dayandırılıb.

Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.

Qurcaani rayon rəhbərliyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey