Azərbaycan helikopteri Gürcüstanda itkin düşən balıqçıların axtarışına cəlb olunub

Gürcüstanda Candargöldə itkin düşən iki balıqçının axtarışları hələlik heç bir nəticə verməyib.

İki helikopterlə axtarış hava qaranlıq olduğundan dayandırılıb.

Xilasedici qrup isə ərazidə qalmaqda davam edir.

Bu vaxta qədər axtarış-xilasetmə əməliyyatında biri Azərbaycandan olmaqla iki helikopter iştirak edib.

Qeyd edək ki, iki gənc balıqçı bu gün günorta saatlarında itkin düşüb. Gənclərin qohum olduqları bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey