Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu
Transfermarkt” dünyanın ən dəyərli futbolçularından ibarət rəmzi komanda tərtib edib.
Məlumata görə, bu “onbirlik”də “Arsenal”ın iki müdafiəçisi yer alıb, “Real Madrid” isə həm yarımmüdafiə, həm də hücum xəttində iki futbolçu ilə təmsil olunub.
Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi heyət belədir:
• Qapıçı: Qreqor Kobel (“Borussiya Dortmund”) – 40 milyon avro
• Müdafiəçilər: Uilyam Saliba (“Arsenal”) – 80 milyon avro, Alessandro Bastoni (“İnter”) – 80 milyon avro, Qabriel Maqalhaes (“Arsenal”) – 75 milyon avro
• Yarımmüdafiəçilər: Federiko Valverde (“Real Madrid”) – 130 milyon avro, Cud Bellingem (“Real Madrid”) – 180 milyon avro, Florian Virtz (“Bayer Leverkuzen”) – 140 milyon avro
• Hücumçular: Lamin Yamal (“Barselona”) – 180 milyon avro, Vinisius Junior (“Real Madrid”) – 200 milyon avro, Erlinq Holand (“Mançester Siti”) – 200 milyon avro, Kilian Mbappe (“Real Madrid”) – 170 milyon avro.
Bu heyət hazırda dünya futbolunda ən yüksək bazar dəyərinə sahib oyunçulardan təşkil olunub.