Gürcüstanda güclü zəlzələ qeydə alınıb

Paytaxt Tbilisi ilə birgə ölkənin əksər bölgələrində güclü zəlzələ qeydə alınıb.

Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Dmanisidən 25 kilometr cənub-qərbdə yerləşən Sameba kəndi yaxınlığı olub.

Tbilisi vaxtı ilə saat 22:25-də baş verən zəlzələ 5.8 bal gücündə olub.

Xatırladaq ki, Sameba kəndi yaxınlığında sonuncu dəfə zəlzələ 22 yanvar tarixində 3 dəfə ard-arda qeydə alınmışdı. Onlardan biri 3.0, digəri 3.1, üçüncü isə 3.7 bal gücündə olmuşdu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey