Batumidə epidemioloji vəziyyət gərginləşdi – Bağlana bilər?

Ölkə ərazisində son sutka ərzində təsdiqlənən 38 koronavirus halının 22-si Batumidə qeydə alınıb.

Ölkənin baş naziri Giorgi Qaxaria şəhərdə epidemioloji vəziyyətin pisləşdiyini bildirib.

Onun sözlərinə görə, Batumidə xüsusi karantin rejiminin hələlik elan olunması və şəhərə giriş-çıxışın bağlanılması müzakirə olunmur, lakin müəyyən sərt tədbirlərin həyata keçirilməsi müzakirə olunur.

Qeyd edək ki, 22 yeni yoluxma halı şəhərdə fəaliyyət göstərən “Dona Bakeshop & Café” ilə bağlıdır.

Hazırda Batumidə bulvar ərazisində koronavirus testlərinin aparıldığı çadırlar qurulub. Bununla yanaşı şəhərin 5 poliklinikasında ödənişsiz COVID-19 testləri həyata keçiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey