Mərkəz rəhbəri ölkədəki son epidemioloji vəziyyəti açıqladı…
“Ölkədəki epidemioloji vəziyyət idarə olunur və bu cür davam etməsi üçün bütün imkanlardan istifadə edilir”.
Bu sözləri Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze deyib.
Qamkrelidze son günlər hakim “Gürcü Arzusu” partiyasının ofisində aşkar olunan yoluxmalardan da danışıb:
“Ötən gün ‘Gürcü Arzusu’nun mərkəzi ofisində koronavirusa yoluxmuş əməkdaşla ünsiyyətdə olan daha 5 nəfərdə virus aşkarlanıb. Hakim partiyanın mərkəzi ofis əməkdaşının 260 nəfərlə ünsiyyətdə olduğu üzə çıxıb və bu istiqamətdə işlər davam etdirilir”.
Mərkəz rəhbəri hələ də təhülkənin sovuşmadığını və insanları tövsiyyələrə əməl etməyə məcbur olduqlarını bildirib:
“Bizim koronavirusla əlaqədar nisbətən yaxşı nəticələrimiz olduğu üçün, ictimaiyyətdə belə bir xəyal qurmuşuq ki, sanki virusu məğlub etməyi bacarmışıq. Xeyr, məğlub etməmişik. Rəqəmlər də onu göstərir ki, ölkədə virus mövcuddur. Elementar tövsiyyələrə əməl etməsək, infeksiyanın yayılma təhlükəsi var. Ən yaxşı qoruyucu vasitə maska taxmaqdır. Bundan əlavə, açıq məkanlarda sosial məsafənin qorunmadığı yerlərdə mütləq maska taxmaq lazımdır. İki vasitə: maska və sosial məsafə Covid 19-la mübarizənin ən effektiv vasitələridir”, – deyə Amiran Qamkrelidze bildirib.