Ölkə Prezidenti Zurabişvili müraciət etdi…
Xanım prezident Salome Zurabişvili işğal edilən Sxinvali regionunda yaranan vəziyyətlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə Prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Gürcüstan prezidenti beynəlxalq təşkilatlara və Cenevrə beynəlxalq danışıqlar həmsədrlərinə yazılı şəkildə müraciət edib ki, əllərində olan mövcud imkanlardan istifadə etsinlər.
Müraciətdə Gürcüstanın işğal altında olan ərazilərində vəziyyətin eskalyasiyasının qarşısının alınması və insan hüquqlarının fundamental pozulması faktlarına yol verilməsinin qarşısının alınması üçün ciddi addımların atılması istənilib.