İran və ABŞ arasında iki saatlıq təmas: Tehran şərtlərini açıqlayıb

İran və ABŞ sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində Qətərin vasitəçiliyi ilə mesaj mübadiləsi aparıblar.
Dalgatv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, təxminən iki saat davam edən təmas zamanı diplomatik prosesin bərpası üçün Tehranın mövqeyi və irəli sürdüyü şərtlər ABŞ tərəfinə çatdırılıb.

Bəqai bildirib ki, İranın şərtləri sırasında ABŞ tərəfindən dəniz və iqtisadi blokadanın dayandırılması, bütün cəbhələrdə hərbi əməliyyatlara son qoyulması və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması yer alır.

Tehran, həmçinin Maskat və Tehran arasında razılaşdırıldığı bildirilən Hörmüz boğazındakı gəmiçilik marşrutunun tanınmasını tələb edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey