Zəlzələ nəticəsində Candar kənd sakininin evində iri çartlar əmələ gəlib

Baş verən güclü zəlzələ nəticəsində Marneuli bələdiyyəsinin Candar kənd sakini A. Orucova məxsus evdə iri çartlar əmələ gəlib.

Bu barədə 24News.ge xəbər portalına ev sahibi məlumat verib.

A. Orucov bildirib ki, əvəllər evin çox az yerlərində çart olsa da, lakin indi baş verən güclü zəlzələdən sonra iri çartlar əmələ gəlib.

Xatırladaq ki, bu gün saat 22:25-də Sameba kəndi yaxınlığında 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey