Bolnisinin Muşevani (Dəllər) kəndində virusa yoluxan şəxsləri aparmağa gələn polis və həkimləri sakinlər qovdular

Bu gün Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində insident baş verib.

24News.ge xəbər verir ki, kənddə koronavirusa yoluxan şəxslərin klinikaya aparılması sakinlərin etirazına səbəb olub.

Sakinlər təcili tibbi yardım həkimləri və polis əməkdaşlarına müqavimət göstəriblər. Qarşıdurma zamanı Bolnisinin icra başçısının kənd üzrə nümayəndəsinin avtomobili daşa tutulub.

Hadisə zamanı xəsarət alan olmayıb. Həkimlər və polis əməkdaşları kəndi tərk ediblər.

Parlamentin Bolnisi rayonundan olan majoritar deputatı Gogi Meşveliani bildirib ki, COVID-19 infeksiyasının təsdiqləndiyi 10 nəfər hazırda kənddə qalır. Onların xəstəxanaya çatdırılması ilə bağlı danışıqlar aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey