Dəllər kəndində koronavirusa yoluxmuş 10 nəfər şəxs, xəstəxanaya aparıldı

Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində koronavirusa yoluxduğu təstiq edilmiş 10 nəfər şəxs, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıblar.

Bu barədə məlumatı, Bolnisinin majoritar deputatı, Qoqi Meşveliani də təstiqləyib.

Onun sözlərinə görə, təqribi olaraq 1 saat, pasyentlərin yaxınları ilə, sözügedən pasyentlərin kənddən çıxarılması barədə danışıqlar aparılıb.

“Biz bu gün yerli hökumət nümayəndələri və hüquq mühafizə orqanları əməkdaşları ilə sözügedən ailələrdə qonaq olduq və vəziyyəti detallı şəkildə izah etdik. Onlar müalicə üçün xəstəxanaya getmək barədə razılaşdılar. Virusa yoluxanlarla ünsiyyətdə olanların hər biri bəllidir və bu kəndə testlər davam etdiriləcək”, – deyə Qoqi Meşveliani bildirib.

Mövcud məlumata görə, kənd ərazisinə toplaşan polis patrul xidməti maşınlarının çoxu kəndi tərk edib. Hal-hazırda polislər sadəcə kəndin girişində postda dayanıblar.

Qeyd edək ki, sözügedən kənd bir müddətdir ki, koronavirus səbəbi ilə karantinə alınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey