Tramp ilk müharibəsini başlatdı: ABŞ Yəmənə hücum etdi

ABŞ Prezidenti Donald Tramp Yəməndəki Husi silahlı qruplaşmasına qarşı güclü və qətiyyətli hərbi əməliyyatın başladılması üçün ABŞ ordusuna göstəriş verdiyini açıqlayıb. Bu bəyanatdan sonra ABŞ Mərkəzi Komandanlığı Yəmənə endirilən zərbələrlə bağlı ilk görüntüləri yayımlayıb.

ABŞ Mərkəzi Komandanlığı sosial şəbəkələrdə paylaşdığı açıqlamada qeyd edib ki, martın 15-də İran tərəfindən dəstəklənən Husi hədəflərinə qarşı bir sıra dəqiq zərbələr endirilib. Bildirilib ki, bu əməliyyatlar Amerika maraqlarını qorumaq, düşmənləri çəkindirmək və dəniz naviqasiyasının azadlığını bərpa etmək məqsədi daşıyır.

ABŞ-ın Müdafiə naziri Pit Hegseth də Trampın əmri ilə Husilərə qarşı həyata keçirilən hücumlarla bağlı sosial şəbəkədə paylaşım edərək bildirib: “Amerikanın gəmilərinə, təyyarələrinə və hərbi qüvvələrinə qarşı hücumlara göz yumulmayacaq. Dəniz yollarının təhlükəsizliyi yenidən təmin ediləcək. Prezident Donald Trampın rəhbərliyi altında Amerika heç vaxt geri çəkilməyəcək.”

Digər tərəfdən, Husilərin Səhiyyə Nazirliyi ABŞ-ın hava hücumları nəticəsində indiyədək 9 nəfərin həlak olduğunu, daha 9 mülki şəxsin isə yaralandığını açıqlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey