Mixeil Saakaşviliyə yeni həbs cəzası verilib
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili qanunsuz sərhəd keçdiyinə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu cəza onun büdcə vəsaitlərinin israfına görə əvvəllər aldığı 9 illik həbs cəzasına əlavə olunub. Beləliklə, Saakaşvili ümumilikdə 12 il 6 ay müddətində həbsdə qalacaq. Onun cəza müddəti 1 oktyabr 2021-ci ildən hesablanır.
Mixeil Saakaşvili 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtmış və həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum olunmuşdu. O, 2022-ci ildən cəzasını “Vivamed” klinikasında çəkir. Bununla yanaşı, 7 noyabr 2007-ci il hadisələri ilə bağlı ona qarşı məhkəmə prosesi davam edir.