Paşinyan: Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır
Ermənistan Türkiyədən Azərbaycana və əks istiqamətdə yük daşımalarının Marqara və Kornidzor sərhəd keçid məntəqələri vasitəsilə tranzitinin təmin edilməsinə hazır olduğunu bəyan edib. APA-nın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.
“Biz bu imkanın təmininə hazırıq və bunu artıq təklif etmişik”, – Baş nazir qeyd edib.
Xatırladaq ki, Paşinyan daha əvvəl də Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük daşımalarının Marqara–Yexeqnadzor–Sisian–Qoris marşrutu üzrə həyata keçirilməsi üçün Ermənistanın hazır olduğunu bildirmişdi.
