Giorgi Qaxaria: Azərbaycan şirkətləri və iş adamları xarici ölkələrdə böyük uğur qazanıblar
Azərbaycan şirkətləri və iş adamları təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində böyük uğurlar qazanıblar. Bu sözləri Gürcüstanın Baş naziri Georgi Qaxariya bizimlə müsahibəsində deyib.
Baş nazir qeyd edib ki, Azərbaycan şirkətlərinin və iş adamlarının uğur qazanmaları Azərbaycan dövlətinin, hökumətinin, xarici siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin xarici ölkələrə yatırdığı sərmayələr, həyata keçirdiyi layihələr, bugünkü gündə böyük maraq doğurur. Azərbaycan şirkətləri Gürcüstanda da böyük işlər görür, sərmayələr yatırırlar.
Bu gün Şərq-Qərb beynəlxalq avtomobil magistralının tərkib hissəsi olan və Kutaisi dairəvi yolunun tikintisini Azərbaycan şirkətləri həyata keçirib. Tikintisinə 2019-cu ilin mart ayında başlanılmış bu yolun 2021-ci ilin yanvarında istifadəyə verilməsi nəzərdə tutulub. Lakin “Akkord”un Gürcüstan nümayəndəliyi bu layihəni 6 ay tez başa çatdırıb. Gürcüstan hökumətinin bunu yüksək qiymətləndirdiyini bildirən Baş nazir həm də Azərbaycan şirkətlərinin işinin səmərəliliyinin göstəricisi olduğunu və Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Gürcüstan hökumətinin başçısı bundan sonra da Azərbaycan şirkətləri ilə səmərəli əməkdaşlıq ediləcəyini bildirib.
Qeyd edək ki, “Akkord”un Gürcüstan nümayəndəliyi qonşu respublikada artıq uzun illərdir ki, fəaliyyət göstərir və indiyədək burada bir neçə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində mühüm rol oynamışdır.
Yerli və xarici infrastruktur layihələrinin icrasında xüsusi təcrübəyə malik “Akkord” Gürcüstan respublikasında keçirilən bir neçə infrastruktur layihəsinin tenderinin də qalibi elan olunub.
qutaiside yol acilisi kadir sinxron