ABŞ “Hizbullah”ı dəstəkləyən 10 nəfərə sanksiya tətbiq edib
ABŞ “Hizbullah”ın maliyyələşdirilməsində iştirak etdiyi bildirilən 10 şəxsə qarşı sanksiya tətbiq edib.
“Dalğatv” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına “Hizbullah”a maliyyə vəsaitlərinin ötürülməsinə cavabdeh olduğu bildirilən şəbəkə ilə əlaqəli 10 şəxs daxil edilib.
ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, sözügedən şəbəkə yüz milyonlarla dolların daşınması üçün Livan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran arasında kommersiya reysləri ilə hərəkət edən kuryerlərdən istifadə edib.
Bildirilib ki, bu mexanizm vasitəsilə “Hizbullah”ın xarici valyuta əldə etməsinə və mövcud sanksiyalardan yayınmasına şərait yaradılıb.
