“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” klubunu qəbul edib.

Bakıda keçirilən qarşılaşmanın əsas vaxtı 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. İlk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyindən qarşılaşma əlavə vaxta uzanıb.

Əlavə vaxtda daha iki qol vuran “Tvente” 4:1 hesablı qələbə qazanaraq liqa mərhələsinə yüksəlib. Bununla da “Qarabağ”ın avrokuboklardakı mübarizəsi başa çatıb.

“Qarabağ”ın yeganə qolunu 59-cu dəqiqədə Kadi Borges vurub. “Tvente”nin heyətində Marko Pyatsa (79), Maks Bruns (90+2), Vaut Veqorst (95) və Yunis Taha (114) fərqləniblər.

UEFA Konfrans Liqası, pley-off mərhələsi
“Qarabağ” – “Tvente” 1:4
İlk oyun: 1:0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey