Kobaxidze Mdinaradzenin siyasətdən getməsinin səbəbini açıqlayıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze regional inkişaf naziri vəzifəsindən istefa verərək siyasətdən gedən Mamuka Mdinaradzeyə fəaliyyətinə görə təşəkkür edib.

Dalğatv xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında Mdinaradzenin son 10 il ərzində ölkənin inkişafına və hakim komandanın güclənməsinə mühüm töhfələr verdiyini bildirib.

Baş nazir qeyd edib ki, Mdinaradzeni qərarından daşındırmağa çalışsalar da, o, mövqeyində qəti olub. Məsələ ilə bağlı Bidzina İvanişvili ilə də məsləhətləşmələr aparılıb.

Kobaxidzenin sözlərinə görə, Mdinaradzenin siyasətdən getmək qərarının əsas səbəbi siyasi fəaliyyətin yaratdığı psixoloji stress və gərginlik olub.

“Onun mövqeyi belə idi ki, siyasi fəaliyyət yorucudur. Söhbət fiziki yorğunluqdan deyil, siyasi fəaliyyətlə bağlı psixoloji stressdən gedir. Onun qərarı bizim üçün başadüşüləndir”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Mamuka Mdinaradze hökumət administrasiyasında keçirilən brifinqdə regional inkişaf naziri vəzifəsindən istefa verdiyini və siyasi fəaliyyətini dayandırdığını açıqlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey