Kavelaşvili Mariamoba bayramı münasibətilə 226 nəfəri əfv edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Mariamoba bayramı münasibətilə 226 nəfəri əfv edib.

Dalğatv xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, əfv qərarı 217 məhbus və məhkumluqla bağlı olmayan cəza alan 6 şəxsə şamil olunub. Bundan əlavə, 3 şəxsin məhkumluğu götürülüb.

Prezident Administrasiyasının məlumatında bildirilib ki, dövlət başçısının Konstitusiya ilə nəzərdə tutulan müstəsna səlahiyyətindən istifadə etməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey