Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib

Türkiyənin 30 Avqust – Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib.
Dalğatv “APA”ya istinadən xəbər verir ki, mərasimdə  Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, səfirliyin əməkdaşları və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Mərasim zamanı abidənin önünə əklil qoyulub, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Səfir Birol Akgün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyini vurğulayıb.

Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey