Yaponiya yeni pilotsuz yük kosmik gəmisini buraxıb

Yaponiyanın “HTV-X” adlı pilotsuz yük raketi Tanegaşima Kosmik Mərkəzindən buraxılıb.

Bu barədə Kyodo agentliyinin məlumat yayıb.

Yeni enerji sistemi ilə təchiz edilmiş HTV-X, aşağı temperatur tələb edən eksperimental nümunələri də daşıya bilir.

Kosmik aparatın 30 oktyabrda kosmik mərkəzə çatacağı, 6 ay stansiyaya qoşulu qalacağı, daha sonra isə 3 ay ərzində sınaqlar üçün orbitdə hərəkət edəcəyi gözlənilir.

Yaponiya Kosmik Tədqiqat Agentliyinin məlumatına görə, HTV-X kosmik aparatı sələfi “Kounotori” ilə müqayisədə 1,5 dəfə çox — təxminən 6 ton yük daşıya bilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey