Çin nadir metalların ABŞ-a ixracını 6 ay müddətinə dayandırıb

Çin nadir metalların ABŞ-a ixracına dair lisenziyaların müddətini məhdudlaşdırıb. “Dalğatv”nin  “The Wall Street Journal” (WSJ) nəşrinə istinadla verdiyi məlumata görə, bu lisenziyalar altı ay müddətində qüvvədə olacaq.

Bildirilir ki, lisenziyaların verilməsinə Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında ticarət sazişi imzalandıqdan dərhal sonra başlanması gözlənilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bu ticarət sazişinin gömrük rüsumlarının azaldılmasını və Çindən nadir metalların tədarükünü əhatə edəcəyini bəyan etmişdi. Bu qərar Çin və ABŞ arasında ticarət münasibətlərində strateji resursların, xüsusən də nadir metalların önəmini bir daha gündəmə gətirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey