Viktor Orban: “Gürcüstanın suverenliyini Aİ qarşısında müdafiə edəcəyik”

Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək verdiyini bəyan edib. “Dalğatv” xəbər verir ki , bu barədə o, Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş nazir Orban qeyd edib ki, Macarıstan Gürcüstanın suverenliyi və müstəqilliyini yalnız ikitərəfli münasibətlər səviyyəsində deyil, eyni zamanda Avropa İttifaqı çərçivəsində də qətiyyətlə müdafiə edir.

“Biz Gürcüstanı Avropa İttifaqı qarşısında onun suverenliyi və müstəqilliyini qorumaq uğrunda apardığı bütün mübarizələrdə təmsil edirik. Brüsselin mövqeyindən asılı olmayaraq, Gürcüstanın Aİ-yə inteqrasiyası istiqamətində irəliləməsi üçün səylərimizi əsirgəməyəcəyik”, – deyə Viktor Orban vurğulayıb.

Macarıstan hökumət başçısı həmçinin ölkəsinin Gürcüstanla iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq və birgə layihələr istiqamətində əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib.

“Gürcüstanı Macarıstanın etibarlı müttəfiqi hesab edirəm və bu dostluğa görə gürcü tərəfdaşlarımıza təşəkkürümü bildirirəm”, – deyə Viktor Orban əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey