Litva Gürcüstan diplomatları üçün vizasız rejimi ləğv edib
Litva hökuməti Gürcüstanın diplomatik və xidməti pasportlarına malik vətəndaşları üçün vizasız rejimi rəsmi olaraq dayandırıb. Bu barədə Litva mediası məlumat yayıb.
Qərar, Avropa İttifaqı (Aİ) Şurasının 2024-cü ilin yanvar ayında qəbul etdiyi, Gürcüstanın diplomatları və dövlət qulluqçuları üçün vizasız rejimin dayandırılmasına dair qərarın təsdiqi çərçivəsində həyata keçirilib. Yeni məhdudiyyətlər diplomatik və xidməti pasport sahibləri ilə yanaşı, onların ailə üzvlərinə də şamil olunur.
Xatırladaq ki, oxşar addımı bu ilin 8 may tarixində Estoniya hökuməti də ataraq, Aİ Şurasının müvafiq qərarını qüvvəyə mindirib.